"Zirə"nin rəqibindən maraqlı addım

16:47 - 27 İyun 2017

“Differdanj” iyulun 6-da baş tutacaq "Zirə"ylə ev oyunu ərəfəsində maraqlı addımla diqqət çəkib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lüksemburq təmsilçisi Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununa azarkeş cəlb etməyin yolunu tapıb. 
 
Klub rəhbərliyi 2007-ci ildən avrokuboklarda debüt edən "Differdanj"ın qitəmiqyaslı turnirlərdəki çıxışını əks etdirən yazılı futbolkaları satışa çıxarıb. Xüsusi geyimə sahib çıxmaq istəyənlər 20 avrosundan keçməlidi. Azarkeşlər futbolkaya 25 avro verəcəyi halda, həm də təmsilçimizlə oyuna bilet almış olacaqlar.

Xəbər xətti