Renat Dadaşovun komandasında yeni hücumçu

17:27 - 27 İyun 2017

Milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Ayntraxt" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi "Benfika"nın 19 yaşlı hücumçusu Luka Yoviçi heyətinə cəlb edib.

 

Klubun rəsmi saytının yaydığı məlumata görə, serb forvard 2 il icarə əsasında frankfurtluların uğurları üçün çalışacaq. "Ayntraxt" Yoviçi birdəfəlik transferetmək hüququna da malik olacaq.

Xəbər xətti