"Neftçi" onlarsız hazırlaşır

18:10 - 27 İyun 2017

"Neftçi” klubu Topaz Premyer Liqasının 2017/2018-ci illər mövsümünün hazırlığına start verib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi məşqlərini İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda hazırlaşır.

 

Amma bütün futbolçular baş məşqçi Elxan Abdullayevin sərəncamında deyillər. Belə ki, milli üzvləri Məhəmməd Mirzəbəyov və kapitan Ruslan Abışov hələ istirahət edirlər. Onlar iyulun 3-dən etibarən komandaya qoşulacaqlar. 

 

Qeyd edək ki,  “Neftçi” Bakı toplanışı çərçivəsində 3 yoxlama görüşü keçirməyi planlaşdırır. 

Xəbər xətti