"Qarabağ" Moskva "Dinamo"suna qarşı

10:07 - 28 İyun 2017

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Avstriyada təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi toplanış çərçivəsində bu gün növbəti yoxlama görüşündə qüvvəsini sınayacaq. Qurban Qurbanovun yetirmələri Moskvanın "Dinamo" klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 20:00-da start götürəcək.

 

Qeyd edək ki, "Qarabağ" bundan öncə keçirdiyi hazırlıq matçlarında Rusiyanın digər klubu "Axmat"a 0 - 1, Bolqarıstanın MOİK klubuna isə 2 - 5 hesabı ilə məğlub olub.

 

Hazırlıq matçı

"Qarabağ" (Ağdam) - "Dinamo" (Moskva)

Xəbər xətti