Avropa çempionatında Almaniya - İspaniya finalı

10:22 - 28 İyun 2017

Polşada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatında yarımfinal mərhələsinin oyunları baş tutub. 

 

Sportal.az xəbər verir ki, qarşılaşmalardan sonra qitə birinciliyində finalçıların adına aydınlıq gəlib. Yarımfinalda qələbə qazanan Almaniya və İspaniya həlledici matça yüksəliblər. 

 

İngiltərə - Almaniya 2:2

Penaltilər: 3 - 4

QOLLAR: Qrey, 41, Abraham, 50 - Selke, 35, Platte, 60

 

İspaniya - İtaliya 3:1

QOLLAR: Saul Niques, 53, 65, 74 - Bernardeski, 62

Qırmızı vərəqə: Qaqliardini, 58

Xəbər xətti