"Sevilya" sabiq futbolçusunu geri qaytardı

10:52 - 28 İyun 2017

 

"Sevilya" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "İnter"də forma geyən Ever Baneqanı transfer edib. Argentina milli komandasının üzvü ilə tibbi müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi 2014-2016-cı illərdə "Sevilya"da çıxış edib. Baneqa İspaniya klubu ilə iki dəfə Avroliqanın qalibi olub.

Xəbər xətti