"Real"ın prezidenti: "Ronaldonu incitmək istəyən çox insan var"

Madridin "Real" klubunun prezidenti Florentino Peres önəmli açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti iştirak etdiyi radio proqramında bir çox məsələlərə aydınlıq gətirib. O, öncə Kriştiano Ronaldonun komandanı tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: "Ronaldonun "Real"la müqaviləsi var və onunla işlədiyimiz üçün çox xoşbəxtik. Yazılanlara görə, Ronaldo menecerinə xoşbəxt olmadığını və ayrılmaq istədiyini deyib. Ancaq bizə belə bir məlumat verməyib. Onu incitmək istəyən çox insan var. Ümid edirəm ki, bizimlə davam edəcək". 

 

Peres "Monako"nun futbolçusu Kilian Mbappenin oyununu bəyəndiyini və onu heyətə cəlb etməkdə maraqlı olduqlarını dilə gətirib: "Poqbanın transferi zamanı nələrin yaşandığını unutmamalıyıq. Onu biz də transfer etmək istəmişdik. Mbappe çox gənc və çox yaxşı futbolçudur. Onu və bütün yaxşı oyunçuları bəyənirəm. Amma komandada 24 futbolçu olur və onların 11-i meydana çıxır. Bəyəndiyim ən yaxşı oyunçuları heyətimizə cəlb etməliyik".

 

Klub prezidenti görüləcək ilk işlərinin baş məşqçi Zinəddin Zidanla yeni müqavilə imzalamaq olduğunu vurğulayıb: "Görəcəyimiz ilk iş baş məşqçimiz Zinəddin Zidanla yeni müqavilə imzalamaq olacaq. Zidan nə etmək istədiyini çox yaxşı bilir. Düzgün iş gördü və bir çox uğurlar qazandı".

Tarix: 28 İyun [12:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio