"Qalatasaray" Ukrayna millisinin üzvünə "elçi düşdü"

12:58 - 28 İyun 2017

Transfer çalışmalarını davam etdirən "Qalatasaray" heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
 
Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın siyahısına düşən son isim icarə əsasında "Şalke"də oynayan Yevgeni Konoplyankadı. Müqavilə ilə "Sevilya"ya məxsus olan ukraynalı futbolçunu icarə əsasında heyətinə qatmaq istəyən türklər ispan klubu ilə danışıqlara başlayıb.

 

Qeyd edək ki, 2015-ci ildə "Dnepr"in heyətində Avroliqanın finalına yüksələn Ukrayna millisinin üzvü sonradan "Sevilya"ya transfer edilmişdi.

Xəbər xətti