Ufuk Budakın yeni klubu rəsmən məlum oldu

13:44 - 28 İyun 2017

Millimizin üzvü Ufuk Budakın yeni klubunun adına rəsmən aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Son olaraq "Manisaspor"dan çıxış edən futbolçu "Samsunspor"la anlaşıb. Bu barədə Samsun təmsilçisinin idman direktoru Coşkun Zeren məlumat verib: "Azərbaycanlı futbolçu Ufuk Budakla anlaşmışıq. O, bu gün Samsuna gələcək". 

 

Qeyd edək ki, millimizin heyətində 17 oyun keçirən Ufuk Budak karyerası ərzində Almaniyanın “Ülm”, “Frayburq” və Türkiyənin “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” kimi komandalarda çıxış edib. 

Xəbər xətti