"Səbail" 3 yoxlama oyunu keçirəcək

15:22 - 28 İyun 2017

İyunun 12-dən Bakıda yeni mövsümün hazırlığına start verən "Səbail" dünəndən etibarən təlim-məşq toplanışını Mərdəkan qəsəbəsində yerləşən AFFA Futbol Mərkəzindəki Milli Komandaların Məşq Mərkəzində davam etdirir.

 

Sportal.az xəbər verir ki, Samir Əliyevin komandası gündə 2 dəfə "Dalğa Arena"da məşq etməklə yanaşı 3 yoxlama oyunu keçirməyi də planlaşdırır. 

 

"Səbail" iyunun 29-da "Binə" komandası ilə qarşılaşacaq. İyulun 2-də və 8-də isə eyni rəqiblə - "Sumqayıt"la görüş olacaq.

 

"Səbail" "Binə" komandası ilə "Dalğa Arena"da üz-üzə gələcək. "Sumqayıt"la iyulun 2-də keçiriləcək yoxlama oyunu "Kapital Bank Arena"da təşkil olunacaq. İyulun 8-də keçirilməsi planlaşdırılan növbəti "Səbail" - "Sumqayıt" qarşılaşmasının məkanı hələ ki dəqiqləşməyib.

Xəbər xətti