"Dinamo"nun saytı "Qarabağ"dan yazdı

15:45 - 28 İyun 2017

"Qarabağ" bu gün Moskvanın "Dinamo" klubu ilə yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytında "Qarabağ" haqda yazı dərc olunub:

 

“Rəqibimiz “Qarabağ” ciddi komandadır. Komanda son illər Azərbaycanda dubllar edir: həm çempion olur, həm də kuboku qazanır. Son movsümdə Qurban Qurbanovun komandası ən yaxın rəqibini 10 xal, üçüncü yerdəki komandanı 19 xal qabaqlayıb. Demək olar ki, Azərbaycanda “Qarabağ”a rəqib yoxdur. Təsadüfi deyil ki, hazırda bu klubun 12 futbolçusu müxtəlif milli komandalarda çıxış edir. Komanda avrokuboklarda yaxşı oynayır. Onlar dalbadal üç dəfə təfnifat mərhələlərini adlayaraq Avropa Liqasının qrupunda oynayıblar. “Qarabağ” “İnter”, “Sent-Etyen” və “Monako” ilə heç-heçə edib, “Anderlext”i udub, “Dnepr”in ən yaxşı dövründə isə bu komandaya da qalib gəlib. Hazırda isə “Qarabağ” Çempionlar Liqasına hazırlaşır”.

 

Bu gün Avstriyada “Qarabağ”la “Dinamo” arasında baş tutacaq yoxlama matçı Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. 

Xəbər xətti