"Zirə" - "Differdanj" matçına nə qədər bilet satılıb?

17:30 - 28 İyun 2017

"Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində Luksemburqun “Differdanj” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, bu oyuna bilet satışı davam edir. Əldə etdiyimiz məlumata görə matç üçün 4 min bilet satılıb.  Oyunun biletləri "Azfar qrup"un Gənclik, Əhmədli, 9-cu mikrorayon, Elmlər Akademiyası metrosu əfafındakı stadionlarında və “İnter Arena”da satılır. Qarşılaşmanın keçiriləcəyi “Dalğa Arena”, Zirədəki "Eko park"da, Zirə Olimpiya İdman Kompleksində, qəsəbədəki böyük marketlərdə, eyni zamanda Türkan, Zirə və Pirallahıdakı mərkəzi yerlərdə də bilet satışı həyata keçirilir. Qiymətlər adi sektorlarda 1, 2, 3, 5 manat, VİP yerlər üçün isə 30 manatdır.

 

Qeyd edək ki, sözügedən matç iyunun 29-da, saat 21:00-da “Dalğa Arena”da start götürəcək. “Dalğa Arena”nın azarkeş tutumu 6500-dü.

Xəbər xətti