"Zirə"nin rəqibinin büdcəsi məlum oldu - Klub prezidenti açıqladı

00:52 - 29 İyun 2017

"Təbii ki, Bakıya qələbə qazanmaq üçün gəlmişik. Bunu bacarmaq üçün bütün gücümüzü ortaya qoyacağıq".

 

Sportal.az xəbər verir ki, bu sözlər Lüksemburqun "Differdanj" klubunun prezidenti Farbritsio Beyə məxsusdur. "Differdanj" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Zirə" ilə qarşılaşacaq. Bakıda baş tutacaq oyundan öncə açıqlama verən klub prezidenti qarşılarına ciddi hədəflər qoyduqlarını deyib: "Hər bir komandanın hədəfi olduğu kimi, bizim də hədəflərimiz var. Mərhələ keçmək niyyətindəyik. "Zirə"ni hər iki oyunda məğlub edə bilsək, bizim üçün yaxşı nəticə olacaq".

 

Bey "Differdanj"ın büdcəsini də açıqlayıb: "Burda gizlədəcək heç nə yoxdur. Klubumuzun büdcəsi 1 milyon 300 min avrodur". 

Xəbər xətti