Konfederasiyalar Kubokunda ilk finalçı müəyyənləşdi VİDEO

00:56 - 29 İyun 2017

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.

 

Sportal.az xəbər verir ki, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.
 

Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.

 

Konfederasiyalar Kuboku-2017, yarımfinal
 
Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)

 

Xəbər xətti