"Qarabağ" - "Samtredia" matçı canlı yayımlanacaq

09:40 - 29 İyun 2017

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları çərçivəsində "Qarabağ" iyulun 11-də Gürcüstanın “Samtredia” klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək. Bu matç "İdman Azərbaycan" telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Xəbər xətti