Almaniya Bundesliqasında mövsümə nə vaxt start verilir?

16:55 - 29 İyun 2017

Almaniya Bundesliqasının növbəti mövsümünün ilk turu açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın rəsmi saytında yer alan məlumata görə, 2017/18 mövsümünün ilk turuna avqustun 18-də start veriləcək. İlk turda son çempion “Bavariya” “Bayer”i qəbul edəcək.

 

Mövsümə isə avqustun 8-də, “Borussiya” (Dortmund) və “Bavariya” arasında baş tutacaq superkubok oyunuyla start veriləcək.

 

Bundesliqanın növbəti mövsümünün tam təqvimi hələ ki, açıqlanmayıb.

 

Almaniya Bundesliqası, 1-ci tur

18 avqust

 

Bavariya - Bayer 
Hoffenhaym - Verder 
Herta - Ştutqart 
Frayburq - Ayntraxt 
Borussiya M - Köln 
Şalke - Leyptsiq 
Hamburq - Auqsburq 
Maynts - Hannover 
Volfsburq - Borussiya D

Xəbər xətti