Milimizin üzvü Super Liqa klubları arasında seçim edir

16:30 - 29 İyun 2017

“Bursaspor”un yeni baş məşqçisi Pol Le Quen tərəfindən istənilməyən və transferə çıxarılan Dəniz Yılmaz karyerasını yenidən Super Liqada davam etdirməyə yaxındı.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusunun xidmətində "Akhisar" klubu maraqlıdır. Türkiyə mətbuatında yer alan məlumatlarda Manisa təmsilçisinin baş məşqçisi Okan Burukun istəyi ilə, klub rəhbərliyi bu transfer üzərində çalışdığı bildirilib. Tərəflər arasındakı danışıqların uğurlu alındığı qeyd olunur.

 

Ancaq Dənizin "Göztəpə" variantının olması keçidi bir qədər ləngidir. Belə ki, futbolçunun yaxın günlərdə iki klub arasında seçim edəcəyi gözlənilir. 

 

Qeyd edək ki, Dəniz Almaniyada "SSV Ulm", "Bavariya", "Paderborn" və "Mayns" klublarının şərəfini qoruduqdan sonra 2013/14 mövsümündə Türkiyəyə üz tutub. Həmin mövsüm "Elazığspor"dakı uğurlu çıxışının ardından "Trabzonspor"a keçən millimizin forvardı 2015/16 mövsümünün ortasında "Bursaspor"a transfer olunub. O, Bursa klubunda 32 çempionat oyununda 10 qola imza atıb.

Xəbər xətti