"Yagelloniya" "Qəbələ"yə rəqib olmağa yaxınlaşdı

22:06 - 29 İyun 2017

"Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin ilk oyunu keçirilib.

 

Sportal.az xəbər verir ki, ilkin təsnifat mərhələsində "Dinamo" (Batumi, Gürcüstan) "Yaqelloniya"nı (Polşa) qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Dinamo" - "Yaqelloniya" - 0:1
Qol:
Killian Şeridan, 49

 

Qeyd edək ki, "Dinamo" - "Yaqelloniya" cütünün qalibi Avroliqanın ikinci təsnifat mərhələsində "Qəbələ"yə rəqib olacaq.

Xəbər xətti