Təyyarəyə gecikdiyinə görə mətbuat konfransına qatılmadı

01:02 - 30 İyun 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Zirə” “Differdanj”ı 2:0 hesabıyla məğlub etdi.

 

Sportal.az xəbər verir ki, rəqibin baş məşqçisi Paskal Karzaniqa oyundan sonra təşkil edilən mətbuat konfransına qatılmadı. Fransalı mütəxəssisin mətbuat konfransına gəlməməsinə səbəb isə təyyarəyə gecikməsi olub.

 

Xatırladaq ki, “Differdanj”ın oyudan öncə də mətbuat konfransının keçirilməməsi nəzərdə tutulsa da, Karzaniqa sonradan mətbuat konfransına qatılmaq qərarına gəlmişdi.

Xəbər xətti