"Qəbələ"nin rəqibi dəyişdi

10:22 - 30 İyun 2017

2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” məşqlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsini Zalsburq bölgəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki məşq keçir.

 

Komanda sabah növbəti yoxlama oyununda qüvvəsini sınayacaq. İkinci toplanışda ilk matçına çıxacaq “Qəbələ” mövsümlərarası dövrdə ümumilikdə 6-cı görüşünü keçirəcək.

 

Roman Qriqorçukun yetirmələrinin Albaniyanın "Kukesi" klubu ilə qarşılaşması planlaşdırılsa da, rəqib dəyişib.

 

Belə ki, təmsilçimiz sabah  Avstriyanın “Qrodiq” komandası ilə görüşəcək. 1948-ci ildə yaradılan bu komanda Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.

Xəbər xətti