"Qəbələ" Avstriya klubuna qarşı

16:47 - 30 İyun 2017

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxacaq.

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası  Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşacaq. 1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.


Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb. 

 

30 iyun

Yoxlama görüşü

 

20:00. “Qəbələ” – “Qrodiq” (Avstriya)

Xəbər xətti