Klub prezidenti doğum günündə vəfat etdi

19:54 - 30 İyun 2017

Fransanın "Monpelye" klubunun prezidenti Luis Nikolin dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, 43 il idi ki, kluba sahiblik edən Nikolin 74-cü doğum gününü qeyd etdiyi gündə ürək tutmasından vəfat edib.

 

Nikolinin 74 yaşını qeyd etmək üçün getdiyi Qarondakı bir restoranda ürəyində narahatlıq yaranıb. Onu dərhal xəstəxanaya çatdırsalar da, həkimlərin cəhdləri bəhrə verməyib.

 

"Monpelye"nin prezidenti postuna hələ bu komandanın aşağı liqalarda çıxış etdiyi dövrdə - 1974-cü ildə gələn iş adamı 1990-cı ildə ilk uğuruna sevinmişdi. Belə ki, bu klub Fransa Kubokuna sahib çıxmışdı. "Monpelye" həmçinin onun dönəmində 1999-cu ildə UEFA İntertoto Kubokunu qazanıb. 2011/12 mövsümündə isə bu klub ilk Fransa çempionluğunu yaşayıb.

Xəbər xətti