Klub prezidenti Dəniz Yılmazın taleyindən danışdı

13:39 - 1 İyul 2017

Ötən mövsüm intizamsız hərəkətlərinə görə "Bursaspor"un əsas komandasından kənarlaşdırılan millimizin üzvü Dəniz Yılmazın klubdakı gələcək taleyi özündən asılıdır.

 

Sportal.az xəbər verir ki, hücumçu Türkiyə toplanışı çərçivəsində özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalacaq.
 
Bu barədə məlumatı Bursa təmsilçisinin prezidenti Ali Ay verib. O, müqaviləsi olan futbolçularla bağlı yekun qərarın yaxın günlərdə veriləcəyini deyib: "Ölkə xaricinə getməmişdən öncə Türkiyədə təlim-məşq toplanışımız olacaq. Həmin toplanışda klubumuzla müqaviləsi olan bütün futbolçular iştirak edəcək. Baş məşqçimiz bundan sonra hansı futbolçunu göndərəcəyi ilə bağlı yekun qərar verəcək. Kim özünü yaxşı tərəfdən östərə bilsə, onu komandada saxlayacağıq".
 
Qeyd edək ki, Dəniz Yılmazın "Bursaspor"la müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. Onun xidmətində "Göztəpə" və "Akhisar" kimi komandaların maraqlı olduğu iddia edilir.

Xəbər xətti