"Atletiko"da 9 illik müqavilə

15:18 - 1 İyul 2017

Madridin "Atletiko" klubu yarımmüdafiəçi Saul Niqeslə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, klubdan edilən açıqlamada 22 yaşlı futbolçu ilə 9 illik anlaşma əldə olunduğu qeyd edilib. Futbolçuya 100 milyon avro transfer qiyməti qoyulub.

 

Xatırladaq ki, 22 yaşlı futbolçunun xidmətində "Barselona" klubu maraqlı idi.

 

Son mövsümdə Madrid klubunun heyətində 33 oyuna çıxan ispaniyalı futbolçu 4 qol vurmağı bacarıb.

Xəbər xətti