Millimizin sabiq futbolçusu I Divizionda klubunu dəyişdi

17:48 - 1 İyul 2017

Ordunun yaranmasının 100-cü ilində Premyer Liqaya vəsiqəni I divizionda qalib olaraq qazanmağı hədəfləyən MOİK heyəti gücləndirmək yolunda növbəti addımı atıb.

 

Sportal.az xəbər verir ki, "hərbçilər" son mövsümü "Zirə"də keçirmiş Cəmil Hacıyevi sıralarına qatıb. Avqustda 23 yaşı tamam olacaq müdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.
 
Hacıyev Premyer Liqada oyun 2014/15 və 2015/16 mövsümlərində "Sumqayıt"da, daha sonra isə "Zirə" və "Şəmkir"də forma geyinib. Cəmil U-21 millimizin də şərəfini qoruyub. O, 2015-ci ildə 3 dəfə milli formanı geyib.

Xəbər xətti