"Sumqayıt"ın yeni transferi bu gün müqavilə imzaladı, dubl etdi

22:29 - 2 İyul 2017

2017/2018 mövsümü üçün hazırlığını davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi “Kapital Bank Arena”da Premyer Liqanın debütantı “Səbail”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.

 

“Sumqayıt”ın heyətində komanda ilə bu gün müqavilə imzalayan Ramin Hasanov dubl edib. Debütantın qollarına isə Emin Mehdiyev və Şirməmməd Məmmədov imza atıb.

Xəbər xətti