"Qəbələ"nin yeni transferi zədələndi

00:19 - 3 İyul 2017

Yeni mövsümə hazırlığı Avstriyanın Zalsburq bölgəsində gerçəkləşdirən “Qəbələ” məşqlərini bərpa edib.

 

Sportal.az xəbər verir ki, iyunun 30-da keçirilən yerli “Qrodiq”lə yoxlama oyunundan (7:0) sonra bir günlük istirahətə buraxılan futbolçular bu gün növbəti məşqə çıxıb. “Qırmızı-qaralar” günü iki məşqlə tamamlayıb. 

 

Hazırlıq prosesində zədə problemini arxada qoyan Baqali Dabo da iştirak edib. Zədələnən İlqar Qurbanov isə komanda çalışmalarından kənar qalıb. Tellur Mütəllimovla Ruslan Qurbanov isə eyni səbəbdən fərdi məşqlə kifayətlənib.

 

Xatırladaq ki, “Qəbələ” növbəti yoxlama oyununu iyulun 4-də keçirəcək. Komanda Ukrayna “Dinamo”su (Kiyev) ilə üz-üzə gələcək.

Xəbər xətti