"İnter" - "Mladost" matçının biletləri satışa çıxır

12:12 - 3 İyul 2017

Avropa Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “İnter” Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. Saat 21:00-da başlanacaq oyun “Dalğa Arena”da baş tutacaq.

 

Sportal.az xəbər verir ki, oyunun biletləri bu gündən etibarən satışda olacaq. Biletlər “Dalğa Arena” və “İnter Arena”nın kassalarında satılacaq.

Xəbər xətti