"İnter" - "Mladost" - mətbuat konfranslarının vaxtı məlum oldu

13:00 - 3 İyul 2017

Avropa Liqasının I mərhələsinin cavab oyunları çərçivəsində təmsilçimiz “İnter” Serbiyanın “Mladost” klubu ilə qarşılaşacaq. İyulun 6-da, saat 21:00-da başlanacaq oyun “Dalğa Arena”da baş tutacaq.

 

Sportal.az xəbər verir ki, iyulun 5-də "Dalğa Arena”da hər 2 komandanın baş məşqçisinin mətbuat konfransı və mətbuat nümayəndələri üçün komandaların açıq məşqi keçiriləcək.

 

Qrafik aşağıdakı kimidir:

18:30 "İnter” FK-nın baş məşqçisi Zaur Zvanadzenin mətbuat konfransı

19:00 "İnter” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)

20:00 "Mladost” FK-nın baş məşqçisi Nenad Milovanoviçin mətbuat konfransı

20:30 "Mladost” FK-nın açıq məşqi (ilk 15 dəqiqə)

Xəbər xətti