"Differdanj" - "Zirə" matçının hakim təyinatları açıqlandı

14:30 - 3 İyul 2017

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Differdanj” - “Zirə” matçının hakimləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “qartallar”ın Lüksemburq təmsilçisiylə səfər oyununu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Boris Marhefka olacaq. Ona yan xətt hakimləri kimi Tomas Vorel və Yan Pozor kömək edəcəklər. Ehtiyat hakim isə Pavol Xmura olacaq.

 

İyulun 6-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 

Bakıda keçirilən ilk oyunda “Zirə” 2:0 hesablı qələbə qazanıb.

Xəbər xətti