"Zirə"nin oyunu üçün biletlər 10 avrodur

14:49 - 3 İyul 2017

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Differdanj” - “Zirə” oyununun biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, Lüksemburq klubunun saytının yaydığı məlumata görə, matça bütün biletlər 10 avrodu. “Differdanj”ın avrokuboklarda çıxışının 10-cu ili şərəfinə satışa çıxarılmış futbolkalarla birlikdə isə biletlər 25 avroya satılır.

 

Oyun 1800 tamaşaçı tutumuna malik Differdanj şəhər stadionunda keçiriləcək.

 

Xatırladaq ki, “Differdanj” - “Zirə” oyunu iyulun 6-da, Bakı vaxtıyla saat 21:00-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 2:0 hesabıyla “qartallar”ın qələbəsiylə nəticələnib.

Xəbər xətti