Samir Məsimovun Rusiya klubuna keçidi rəsmiləşdi

00:04 - 4 İyul 2017

21 yaşlılardan ibarət milli komandamızın sabiq üzvü Samir Məsimovun yeni klubu rəsmən bəlli olub.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi karyerasını Rusiyada davam etdirəcək. Belə ki, Məsimov bir müddətdir baxışda olduğu Voronejin "Fakel" klubu ilə münasibətləri rəsmiləşdirib. I Divizion təmsilçisinin rəsmi saytından verilən məlumata görə 22 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

 

Qeyd edək ki, Samir Məsimovun son komandası ötən mövsüm Premyer Liqanı tərk edən AZAL olub.

Xəbər xətti