Ronaldo:"Real"dan ayrılacağımı deməmişəm"

Ronaldo "Real"dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, hücumçu bu barədə İspaniyanın "El Confidensial" qəzetinə danışıb. İspaniya prokurorluğu futbolçunu vergidən yayınmaqda ittiham edir. Ronaldonun bundan inciyərək "Real"dan ayrılacağını dediyi iddia olunurdu. Lakin o, bu iddiaları təkzib edib:

 

"Əsla "Real"dan ayrılacağımı deməmişəm. Komanda yoldaşlarımla yemək yeyirdik. Mən sadəcə nə qədər incidiyimi, mənə qarşı pis davrandıqlarını dedim".

 

Ronaldo mətbuatdan narazı olduğunu da dilə gətirib: "Mətbuatda haqqımda çox xəbərlər yazılır. Heç birini təkzib etmirəm. Çünki mətbuatla yarışa girmək istəmirəm. Bir dəfə açıqlama verəndən sonra səssiz qala bilmirsən. Sadəcə mənimlə bağlı deyil, dostlarımın, ailəmin, sevgililərimin xəbərlərini yayırlar" 

Tarix: 4 İyul [00:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio