"Səbail"dən Türkiyə klubuna

10:55 - 4 İyul 2017

U-21 millimizin sabiq futbolçusu Ruslan Tağızadənin yeni klubunun adına aydınlıq gəlmək üzrədir.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirə bilər. Tağızadə yaxın günlərdə Türkiyə I liqasında mübarizə aparan “Manisaspor” klubu ilə müqavilə imzalamağa yaxındır. Əgər futbolçunun durumu məşqçilər korpusunu qane etsə, onunla rəsmi müqavilə imzalanacaq.

 

Xatırladaq ki, "Manisaspor"da millimizin və "Xəzər Lənkəran"la "Sumqayıt"ın sabiq futbolçusu Uğur Pamuk da çıxış edir.

 

Qeyd edək ki, Tağızadənin son klubu “Səbail” olub. 

Xəbər xətti