"Qarabağ" - "Samtredia" matçının biletləri nə vaxt satışa çıxarılır?

14:48 - 4 İyul 2017

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Samtredia" (Gürcüstan) matçının biletləri iyulun 7-dən etibarən satışa çıxarılacaq.

 

Sportal.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq, 1, 2 və 5 AZN arasında dəyişəcək. VİP biletlər isə 30 AZN dəyərindədir.

 

Biletlər Respublika stadionunun kassalarında satışa çıxarılacaq.

 

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Samtredia” matçı iyulun 11-i saat 21:00-da Respublika stadionunda baş tutacaq.

 

No automatic alt text available.

Xəbər xətti