"Səbail"dən daha bir transfer

15:29 - 4 İyul 2017

“Bakı”nın sabiq qapıçısı Elxan Əhmədovun yeni klubu məlum olub.

 

Sportal.az xəbər verir ki, qolkiper karyerasını Premyer Liqanın debütantı "Səbail"də davam etdirəcək. Artıq tərəflər arasında rəsmi anlaşma da əldə edilib.

 

"Bakı"nın sabiq qapıçısı olan Əhmədov son olaraq I Divizion klubu "Mil-Muğan"da çıxış edib.

 

"Aslanlar" baxışda olan gənc müdafiəçi Şirməmməd Məmmədovla da müqavilə bağlayacaq. Paytaxt klubu legioner futbolçular da transfer edəcək. 

 

Qeyd edək ki, "Səbail" bunadək Murad Musayev, Kamal Qurbanov, Eltun Yaqublu, Murad Ağayev, Aqşin Qurbanlı, Orxan Qurbanlı, Təyyar Məmmədov, Yamin Ağakərimzadə, Emin Mehdiyev, Raul Yaqubzadə, Aqşin Muxtaroğlu, Emin Cəfərquliyev, Vüqar Nadirov, Nurlan Novruzov və Elman Taqayev kimi futbolçuların keçidini həll edib.

Xəbər xətti