Millimizin üzvü Ukrayna klubundan ayrıldı

19:14 - 4 İyul 2017

Milli komandamızın futbolçusu Pavel Paşayev Ukrayna “Stal”ı ilə müqaviləni ləğv edib.
 
Sportal.az xəbər verir ki, bu barədə “Sport-ekspress Ukrayna” qəzeti məlumat yayıb. Buna klubun futbolçuya olan borcunu ödəməməsi səbəb olub. Paşayevlə yanaşı daha bir neçə oyunçu da komandanı tərk edib.
 
Müqavilə qarşılıqlı şəkildə ləğv edilib və Paşayev azad agent statusu qazanıb. Onun karyerasını Azərbaycanda davam etdirəcəyi ehtimal olunur.

Xəbər xətti