Premyer Liqamızda dopinq nəzarəti olacaq

15:16 - 5 İyul 2017

Bu gün AFFA ilə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) arasında Qarşılıqlı Anlaşma haqqında Memorandum imzalanıb.

 

Sportal.az xəbər verir ki, tədbir assosiasiyanın inzibati binasında təşkil olunub.
 
AFFA-nın baş katibi Elxan Məmmədov və AMADA-nın direktoru Şəfəq Hüseynlinin imzaladığı Memorandumun müddəalarına uyğun olaraq, növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edən, həmçinin Azərbaycan milli komandalarına cəlb olunan futbolçular dopinq nəzarətinə cəlb olunacaq, bu sahə ilə bağlı müxtəlif təbirlər, seminarlar keçiriləcək, maarifləndirmə işləri aparılacaq.

Xəbər xətti