"Sumqayıt" I Diviziondan transfer etdi

10:57 - 6 İyul 2017

"Sumqayıt" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisi son olaraq "Rəvan"da çıxış edən Məhəmməd Alıyevi transfer edib. 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Məhəmməd Alıyev 2015-ci ildə də "Sumqayıt"da çıxış etmişdi.

Xəbər xətti