Millimiz FİFA-nın reytinqində gerilədi

12:26 - 6 İyul 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, ötən ayla müqayisədə millimiz 4 pillə geriləyib. Komadamız  427 xalla 80-ci yerdə qərarlaşıb.

 

Millimiz ötən ay DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduğu üçün reytinqdə geriləyib.

 

Reytinq cədvəlinə Almaniya başçılıq edir. Braziliya 2-ci, Argentina 3-cü, Portuqaliya 4-cü, İsveçrə isə 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti