"Sumqayıt" - "Səbail" matçı Olimpiya stadionunda

14:50 - 6 İyul 2017

“Sumqayıt” 2017/18 mövsümü üçün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, hazırlıq prosesinin birinci mərhələsi çərçivəsində komanda növbəti yoxlama oyununu keçirəcək.

 

“Səbail”lə baş tutacaq görüşü iyulun 8-də Bakı Olimpiya Stadionunun (BOS) ehtiyat meydançasında keçiriləcək və saat 18:00-da start götürəcək.

 

Xatırladaq ki, bu komandaların iyulun 2-də Sumqayıtda "Kapital Bank Arena"da qarşılaşması 2:2 hesabı ilə nəticələnib. 

Xəbər xətti