Yeni transfer: "Qəbələ" azarkeşlərini bizə inanmağa və dəstəkləməyə çağırıram"

18:37 - 6 İyul 2017

“Azarkeş komanda üçün ən vacib faktorlardan biridir. “Qəbələ” azarkeşlərini bizə inanmağa və dəstəkləməyə çağırıram”.

 

Sportal.az xəbər verir ki, bu fikirləri “Qəbələ”nin yeni transferi Famoussa Kone dbildirib. Klubun rəsmi "facebook" səhifəsi vasitəsilə azarkeşlərə müraciət edən malili hücumçu “Qəbələ”dəki ilk oyununu səbirsizliklə gözlədiyini bildirib:

 

“Avropa Liqasında uğurlu nəticələr qazanmaq üçün buna ehtiyacımız var. Biz öhdəmizə düşən keyfiyyətli oyunu oynayacağıq və azarkeşlərə göstərəcəyik ki, bizə inanmağa və bizi dəstəkləməyə dəyər. Onların qarşısına çıxacağımız ilk oyunu səbirsizliklə gözləyirəm”.

Xəbər xətti