Ayxan Abbasov: "Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik"

23:40 - 6 İyul 2017

"Avrokubok təcrübəmizin olmaması səbəbindən oyuna yaxşı başlamadıq və gözlənilməz qol buraxdıq"

 

Sportal.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov deyib. Avropa Liqasının I təsnifat mərhələsində evdə “Differdanjın”un qapısından 2 cavabsız top keçirən "qartallar" səfərdə baş tutan cavab matçında da qələbə qazanaraq (2:1) yollarına davam ediblər.

 

"Ümumiyyətlə ilk hissədə çox sayda səhvə yol verdik. Vəziyyəti düzəltmək üçün fasilədə uşaqlarla danışdıq. İkinci hissədə daha yaxşı oynamağa başladıq və qələbə qazandıq. Növbəti mərhələyə çıxmağa daha layiq olduğumuzu sübut etdik. Qələbəmizi xalqımıza və ötən gün Füzulidə həyatlarını itirən soydaşlarımıza həsr edirik".

Xəbər xətti