Sabiq AZAL-lı "Neftçi"də

18:13 - 7 İyul 2017

AZAL-ın sabiq futbolçusu İlqar Ələkbərovun karyerasını "Səbail"də davam etdirəcəyi ilə bağlı xəbəri diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, bu keçid baş tutmayıb. Premyer Liqanın debütantı 24 yaşlı yarımmüdafiəçiyə baxışda olmağı, bundan sonra müqavilə imzalamağı təklif etsə də, Ələkbərov bundan imtina edib.

 

İlqar Ələkbərov karyerasını paytaxtın digər klubunda davam etdirə bilər. Belə ki, gənc futbolçunun xidmətində "Neftçi" maraqlıdır. O paytaxt təmsilçinin heyətində məşq edir. Yoxlama oyunlarından sonra məşqçilər korpusunun etimadını doğruldacağı halda sabiq AZAL-lı ilə rəsmi müqavilə imzalanacaq.

Xəbər xətti