"Qəbələ" Hollandiya klubuna qarşı

11:10 - 8 İyul 2017

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq prosesi çərçivəsində bu gün son yoxlama oyununa çıxacaq. 

 

Sportal.az xəbər verir ki, Roman Qriqorçukun komandası Hollandiyanın “Utrext” klubu ilə üz-üzə gələcək. Bu görüşdən sonra vətənə qayıdacaq “Qəbələ” Avroliqanın II təsnifat mərhələsində “Yagelloniya”ya qarşı keçiriləcəyi oyunun hazırlıqlarını paytaxtda davam etdirəcək. 


Yoxlama oyunu 

8 iyul

18:00. “Qəbələ” (Azərbaycan) - “Utrext” (Hollandiya)

Xəbər xətti