"Neftçi"dən ayrılan futbolçu "Qarabağ"da

19:19 - 8 İyul 2017

"Neftçi"dən ayrılan Elvin Bədəlovun yeni klubunun adı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu Avstriyada çıxış edəcək. Belə ki, Elvin bu ölkədə azərbaycanlıların yaratdığı "Qarabağ" klubuna keçib. Daha öncə 21 yaşlılardan ibarət millimizin üzvü Dmitri Nağıyevlə güclənən Vyana təmsilçisi Bədəlovla 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, "Zenit"in yetirməsi olan Elvin 2014-cü ildə "Neftçi"yə transfer olunub. O, paytaxt klubunun heyətində 59 rəsmi oyuna çıxıb və 1 qol vurub. O, U-17, U-19 və U-21 yığmalarımızda oynayıb.

Xəbər xətti