Fərqli məkan və fərqli vaxt: Qurbanov qabağa düşəcək

00:15 - 9 İyul 2017

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” – “Samtredia” (Gürcüstan) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, iyulun 10-da “Azərsun Arena”nın mətbuat zalında ilk olaraq təmsilçimizin baş məşqçisi Qurban Qurbanov saat 18:30-da media mənsublarının önünə çıxacaq.

 

Ağdamlıların son məşqi isə saat 19:00-də Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

“Samtredia”nın baş məşqçisi isə saat 20:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Gürcüstan təmsilçisinin son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 

QEYD: Klub tərəfindən ayrılmış avtobus media mənsublarını “Azərsun Arena”dan Tofiq Bəhramov adına Respublika stadionuna aparacaq.

Xəbər xətti