"Kəpəz"də yeni hücumçu

00:45 - 9 İyul 2017

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətinə yeni futbolçu cəlb edib. 

 

Sportal.az xəbər verir ki, söhbət son mövsümü AZAL-ın heyətində keçirən Aydın Qasımovdan gedir. Hücumçu ötən gün "Bakı" ilə yoxlama görüşündə "Kəpəz"in heyətində ilk oyununa çıxıb.

 

Onunla 1 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Qasımov daha öncə Premyer Liqada AZAL, I divizionda isə "Qaradağ Lökbatan" və MOİK kimi klubların heyətində  çıxış edib.

Xəbər xətti