"Kəpəz" "Bakı"nı məğlub etdi

00:57 - 9 İyul 2017

Premyer Liqanın növbəti mövsümünə hazırlaşan “Kəpəz” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 

 

Sportal.az xəbər verir ki, Şahin Diniyevin çalışdırdığı Gəncə təmsilçisi bu gün həvəskarlar liqasında mübarizə aparan “Bakı” ilə qarşılaşıb. Oyun gəncəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama matçını “Neftçi”yə qarşı keçirəcək. Bu oyun iyulun 11-də saat 18:00-a təyin olunub. Oyun İsmət Qayıbov adına stadionda baş tutacaq.

Xəbər xətti