Romelu Lukaku: "Heç kəs məndən İbrahimoviçi təqlid etməyimi gözləməsin"

Zlatan İbrahimoviçin əvəzəinə "Mançester Yunayted"ə transfer edilən Romelu Lukaku yeni komandasında uğurlu çıxış edəcəyinə inanır.

 

Sportal.az xəbər verir ki, 85 milyon avroya "Everton"dan "qırmızı şeytanlar"a transfer edilən 24 yaşlı forvard klubun tarixində öz izini qoymaq istədiyini bildirib. Belçika millisinin üzvü verdiyi açıqlama İbrahimoviç haqda da danışıb:

 

"Zlatan burada komandanın bir parçası idi. Onunla daha öncədən tanışlığımız var. Menecerimiz vasitəsilə tez-tez görüşürük. Mənə futbola aid bir çox tövsiyyələr verdi. Amma mən Romelu Lukakuyam. Heç kəs məndən İbranı təqlid etməyi gözləməsin.

 

Öz oyun stilimi hər qəsə qəbul etdirib, "Mançester Yunayted" forması ilə qollarımı sıralamaq istəyirəm. Komandama kuboklar qazandırmaq üçün əlimdən gələni edəcəm. Neçə qol vuracağımı indidən deyə bilmərəm, amma bu komandanı arxamca aparmaq üçün nə lazımdırsa, edəcəm".

Tarix: 9 İyul [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio